“Qualcomm” şirkəti ucuz smartfonları süni intellektlə təchiz edəcək
“Qualcomm” şirkəti “Mobile World Congress” sərgisində “Snapdragon 700 Series” istehsal xəttinə aid yeni prosessorlar nümayiş etdirib. Bu, orta və ucuz sinif smartfonları üçün nəzərdə tutulan mobil prosessorlardır. Şirkət nümayəndələrinin sözlərinə görə, onların başlıca xüsusiyyəti süni intellekti dəstəkləməsindədir.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, istehsal xəttinin məqsədi ucuz smartfonları “Snapdragon 800 Series” prosessorlarına malik qabaqcıl modellərdə olan funksiyalarla təchiz etməkdən ibarətdir. Süni intellektin dəstəklənməsi ilə yanaşı, çiplər smartfonun aparat təminatının məhsuldarlığını yaxşılaşdıracaq və kamera imkanlarını genişləndirəcək (fokus təkmilləşdiriləcək və rejimi avtomatik seçmək mümkün olacaq). Həmçinin ucuz smartfonların kameraları bir neçə rejimlə, o cümlədən gecə və çəkiliş sürətini azaldan rejimlə təchiz ediləcək.
Hazırda “Qualcomm” şirkəti dörd prosessor istehsalı xəttinə malikdir: “Snapdragon 200 Series”, “Snapdragon 400 Series”, “Snapdragon 600 Series” və “Snapdragon 800 Series”.
Yeni istehsal xəttinin texniki xüsusiyyətləri və buraxılış müddəti barədə məlumat verilmir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL