waplog

“Facebook” istifadəçilərə iş tapmağa kömək edəcək


“Facebook” rəhbərliyi bir neçə ölkədə sosial şəbəkə vasitəsilə iş axtarmağa və ya işçi heyətini seçməyə imkan verən funksiyanı istifadəyə verib. Bu barədə sosial şəbəkənin rəsmi bloqunda dərc edilən bəyanatda deyilir.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, ötən il qeyd olunan servisdən yalnız ABŞ və Kanada sakinlərinin yararlanmasına baxmayaraq hazırda ondan daha 40 ölkədə istifadə mümkün olub. Bəyanatda qeyd olunur ki, 5 min nəfərin iştirak etdiyi sorğunun nəticələrinə görə, hər dördüncü amerikalı “Facebook” vasitəsilə iş axtarır və ya tapır.
 
Bildirilir ki, yeni funksiya profil tab-vərəqəsində digər istifadəçilər tərəfindən yerləşdirilən vakansiyalarla tanış olmağa imkan verir. Servisin köməyi ilə potensial işəgötürənə CV göndərmək, onun maraq göstərəcəyi təqdirdə müsahibənin keçirilməsi barədə razılığa gəlmək olar. Bəyanata görə, funksiya biznes sahiblərinə lazımi iş axtaranları cəlb etməklə onları tez, asan və əlverişli vasitələrlə qəbul etməyə imkan verir.
 
“Facebook” nümayəndələri vurğulayıb ki, sosial şəbəkə 2011-ci ildən kiçik biznesin dəstəklənməsi, eləcə də istifadəçilərə iş axtarışında kömək üçün 1 milyard dollardan çox vəsait sərf edib. Sosial şəbəkə rəhbərliyi cari ildə də sahəyə eyni məbləğdə investisiya yatırmağı planlaşdırır.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL