30 saniyə ərzində enerji toplayan akkumulyator yaradılıb
Adi batareyalar uzun müddət enerji toplayır, təhlükəlidir, zamanla sıradan çıxır, daha sonra ekoloji vəziyyətə mənfi təsir edir, zibilə atıldıqda isə belə batareyaların elementləri uzun müddət çürüməyərək ətraf mühiti çirkləndirməyə davam edir. Koreya Qabaqcıl Texnologiyalar İnstitutunun (KAIST) mütəxəssisləri tərəfindən yaradılmış yeni enerji mənbəyi isə 30 saniyə ərzində enerji toplamaq qabiliyyətinə malikdir və yuxarıda sadalanmış çatışmazlıqlar aradan qaldırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, Yüksək Enerji Məktəbini təmsil edən alimlər komandası professor Çinq Ku Kanqın rəhbərliyi altında lifə oxşar polimer zəncir və metal-oksid nanokatodları qrafenin səthində birləşdiriblər. Qrafenin strukturu daşıyıcının sahəsini artırır, deməli, akkumulyatorun tutumu artır. Məhz bu səbəbdən qrafendən istifadə edilib.
Mütəxəssislərin sözlərinə görə, onların ixtirası yalnız sürətli enerji toplamır, həm də uzun müddət işləyir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL