waplog

“Instagram”da səsli zənglər və videoçat istifadəyə verilə bilər


“Facebook” sosial şəbəkəsinə məxsus olan “Instagram” servisi rəqib “Snapchat” xidməti ilə auditoriya mübarizəsində öz funksionalını genişləndirməyə davam edir. Şirkət ötən ilin sonunda “Direct” messencerini sınaqdan keçirməyə başlayıb. Tezliklə isə “Instagram” servisində səsli zənglər və videoçatda ünsiyyət saxlamaq imkanı əlçatan ola bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, müvafiq funksiyaların ad və ikonkaları “Instagram” və “Direct” mobil proqramlarının APK fayllarında aşkar edilib. “Instagram” şirkətinin səsli və video zənglər istifadəyə verməsi ilə bağlı şayiələr isə hələ cari ilin yanvarında yayılmışdı.

“Instagram”ın nümayəndəsi yeni funksiyaların istifadəyə verilməsi haqda şərh verməkdən imtina edib, ancaq onların tətbiqi ehtimalı olduqca yüksəkdir.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL