-70 °C dərəcəsində işləyən akkumulyator ixtira olunub
Şanxayın Fudan Universitetinin mühəndisləri -70 °C dərəcəsində işləyən akkumulyator icad ediblər. Hazırda əksər mobil telefon, elektromobil və digər qurğularda istifadə edilən adi litium-ion batareyaları isə bu funksiyanı yerinə yetirə bilmirlər. Çin alimlərinin ixtirası Yer kürəsinin ən soyuq yerlərində və ya Günəşdən çox uzaq planetlərə səfərlər edəcək kosmik aparatlarda istifadə üçün akkumulyatorlar yaratmağa imkan verəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, ixtira müəllifi Şaoli Donqun sözlərinə görə, adi litium-ion akkumulyator elektrolitlə hopdurulmuş məsaməli separatorla bölünmüş elektrodlardan ibarətdir. Enerji daşıyıcısı kimi elektrolitin kristal qəfəsində yerləşən müsbət doldurulmuş litium ionları çıxış edir. Temperatur nə qədər aşağı olsa, bir o qədər ionlar üçün elektrolit materiala “daxil olmaq” çətin olacaq.
Məlumata görə, aşağı temperaturlar adi litium-ion batareyaların effektivliyini aşağı salır. Belə ki, -40°C temperaturda onlar otaq temperaturunda malik olduqları enerjinin 12 faizini təmin edirlər, -70°C dərəcədə isə ümumiyyətlə işləmirlər.
Yeni batareya ionlara ekstremal soyuqda elektrodlar arasında asanlıqla hərəkət etməyə imkan verən xüsusi elektrolit növünə malikdir. Batareya otaq temperaturunun tutumunun 70 faizini hətta -70°C dərəcədə saxlayır.
İxtiranı şərh edən Kaliforniya Universitetinin alimi Şirli Men bildirib ki, təqdim olunan akkumulyatorun enerji tutumu hətta məişət cihazlarında tətbiq edilmək üçün yetərli deyil. “Bu amil təkmilləşdirilmə tələb edir”, - o vurğulayıb.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL