waplog

Azərbaycanın təhsil sistemində elektron imza tətbiq ediləcək


Azərbaycan Təhsil Nazirliyi ölkənin təhsil sistemində elektron imzanın və elektron sənəd dövriyyəsinin tətbiqi ilə bağlı layihə hazırlayıb. Bu barədə Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov deyib. Onun sözlərinə görə, layihə artıq Nazirlər Kabinetə təqdim olunub.

"Bu yeniliklərin gələn ildən tətbiq olunacağı gözlənilir. Bunun üçün maliyyə vəsaiti də ayrılmalıdır", - Məmmədov deyib.

O bildirib ki, elektron imza və elektron sənəd dövriyyəsi ilkin mərhələdə Təhsil Nazirliyi və rayon, şəhər təhsil şöbələrində tətbiq ediləcək. Sonrakı mərhələdə isə bunun bütün təhsil müəssisələrində reallaşdırılması nəzərdə tutulur.

Məmmədov deyib ki, elektron imzanı hər bir müəssisə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hesablama Mərkəzindən alacaq. Elektron imzanın tətbiqi nəticəsində sənədlərin yerlərə çatdırılması vaxtına qənaət ediləcək, şəffaflığa nail olunacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL