Misir Mərdanov: "İnformasiya texnologiyalarsız məktəb təsəvvür etmək mümkün deyil”
“Orta məktəblərdə informasiya və kommunikasiya texnologiyaları sürətlə tətbiq edilir. Bunun nəticələrini yaxın bir neçə ildə görəcəyik”. Bu sözləri “ictnews”-a açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə qəbul edilən "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın tələbinə uyğun olaraq bütün orta məktəblərin informasiya-kommunikasiya texnologiyaları və yüksəksürətli internetlə təmin edilməsi nəzərdə tutulur. Nazir bildirdi ki, bu işlər yalnız paytaxt və ona yaxın ərazilərdə yerləşən məktəblərdə aparılmır.
Məktəblərin informasiya-kommunikasiya texnologiyaları və yüksəksürətli internetlə təmini üçün hazırda həm də paytaxtdan kənar ərazilərdə, kənd rayonlarında iş aparılır.
Daha sonra nazir Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən yaradılmış portala qoşulan və onun resurslarından istifadə edən məktəblərin sayının artdığını qeyd edib.”Bu, zamanın tələbidir. İnformasiya texnologiyalarsız məktəb təsəvvür etmək mümkün deyil”- deyə nazir bildirdi.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL