waplog

Mobil telefonlardan şüalanma təhlükəsi təkzib olunub


ABŞ-ın “Toksikologiya üzrə milli proqram” təşkilatının üzvləri mobil telefonlardan şüalanmanın insan sağlamlığına təsirgöstərmə səviyyəsini yoxlamaq məqsədilə iki tədqiqat keçirərək mobil qurğulardan istifadə zamanı insan həyatı üçün real təhlükənin olmaması qənaətinə gəliblər. Lakin tədqiqatçılar tərəfindən bir sıra təhlükəsizlik tədbirlərinə əməl etmək tövsiyə olunur. 
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, təşkilatın hesabatında deyilir: “Hazırda ionlaşmayan şüalanmanın xərçəng xəstəliyinin inkişaf riskini artırması ilə bağlı əsaslı sübutlar mövcud deyil. Getdikcə populyarlıq qazanan “hands-free” texnologiyaları, o cümlədən simli və simsiz qarniturlar başa və beyinə radiotezlik təsirini azalda bilərlər”.
 
Məlumata görə, tədqiqat zamanı alimlər üzərində təcrübə apardıqları siçovulları mobil telefon və mikrodalğalı sobaların buraxdıqları şüalar kimi radiotezlik şüalanmasının təsirinə məruz qoyublar. Uzunmüddətli şüalanmadan sonra heyvanlarda oxşar şüalanmaya məruz qalmayan digər siçovullarda olduğu kimi, eyni sağlamlıq göstəriciləri aşkarlanıb. Onların bəzisi hətta daha çox ömür sürüb.
 
Bununla belə, tədqiqatçılar tərəfindən mobil telefonlardan həddən artıq istifadə etməmək və yuxu zamanı uzaqda saxlamaq tövsiyə edilir.  
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL