waplog

“Apple” jurnalları onlayn oxumağa imkan verən xidməti satın alıb


“Apple” şirkəti mobil qurğu istifadəçilərinə 200-dən çox müxtəlif jurnalın elektron versiyasından istifadəyə imkan verən “Texture” xidmətini satın alıb. Bu barədə “Apple”ın saytında xəbər dərc edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, razılaşmanın şərtlərinə görə, “Texture” xidməti öz işini əvvəlki kimi davam etdirəcək. Xidmət “iOS”, “Android”, “Windows 8”, “Windows 10” və “Amazon Kindle Fire” ilə işləyən qurğular üçün mobil proqramları dəstəkləyəcək, onun əməkdaşlarına isə toxunulmayacaq.
 
“Texture” xidmətinin aparıcı naşirlərin jurnallarından ibarət öz heyranedici kataloqu ilə birgə komandamıza qoşulmasından çox məmnunuq.  Biz yoxlanmış mənbələrə istinad edən keyfiyyətli jurnalistikanı dəstəkləyirik və bundan sonra da oxucular üçün gözəl tərtib edilmiş və maraqlı məlumatlardan ibarət jurnalların çıxarılmasına imkan verəcəyik" – “Apple”ın böyük vitse-prezidenti Eddi Kyu sazişi şərh edərkən belə deyib.
 
“Texture” xidməti 2010-cu ildə istifadəyə verilib. Mobil proqramda əlçatan olan jurnallar üçün aylıq abunə haqqı 10 ABŞ dolları təşkil edir.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL