waplog

“Lenovo” dünyanın ən böyük fərdi kompyuter təchizatçısı olmaq istəyir


“Lenovo” şirkəti fərdi kompyuter bazarında “Hewlett-Packard” şirkətindən birinciliyi almaq niyyətindədir.

“HP” şirkəti hal-hazırda ən böyük fərdi kompyuter təchizatçısıdır: üçüncü rübün nəticəsinə əsasən, şirkətin payı 17,7% (16,2 milyon satılmış stolüstü kompyuter, noutbuk və netbuk) təşkil edib. “Lenova” şirkəti satılmış 12,4 milyon fərdi kompyuter ilə ikinci yeri tutur: 1 il ərzində onun payı 11,1%-dən 13,5%-ə qədər artıb.

“Lenovo” şirkətinin inkişaf etmiş bazarlarla iş üzrə bölməsinin vitse-prezidenti Milko Van Duiclanın sözlərinə əsasən, şirkət 3 il ərzində ən böyük fərdi kompyuter təchizatçıları siyahısında birinci yerə çıxmağı hesablayır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL