2018-ci ildə mobil texnologiyalara qlobal xərclərin həcmi 1,6 milyard dolları ötəcək
“IDC” tədqiqat şirkətinin yeni proqnozuna əsasən, 2018-ci ildə qurğular, proqram təminatı və xidmətlər daxil olmaqla mobil texnologiyalara sərf ediləcək qlobal xərclərin həcmi 3,2% yüksələrək 1,6 trilyon ABŞ dollarını ötəcək. Analitiklər hesab edirlər ki, 2021-ci ilədək yüksək dinamika qalacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mobil xidmətlər sahəsində daha çox xərc qeydə alınacaq: yaxın 5 ildə mobil texnologiyalar üzrə ümumi xərclərin təxminən 60%-i mobil xidmətlər seqmentinin payına düşəcək. “IDC”-nin qiymətləndirməsinə görə, 2021-ci ildə mobil xidmətlərdən qazanılacaq gəlir 1 trilyon dolları ötəcək.
Avadanlıq seqmenti ikinci mühüm istiqamət olacaq. 2021-ci ildə mobil qurğuların satın alınmasına xərclər 675 milyard dollara yaxınlaşacaq.
ABŞ və Çin mobil texnologiyalara xərclər üzrə lider dövlətlər olacaqlar. Hər iki ölkə mobil qurğu, proqram təminatı və xidmətlərə qlobal göstəricinin təxminən 20%-ni xərcləyəcək. Bundan başqa, Qərbi Avropa və Asiya-Sakit okean regionu (Yaponiya istisna) tərəfindən böyük töhfə gözlənilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL