waplog

“Huawei” şirkəti çərçivəsiz “Nova 2 Lite” smartfonunu təqdim edib


Çinin "Huawei" şirkəti "Nova" seriyasına aid olan yeni smartfon təqdim edib. "Nova 2 Lite" modeli ilkin sifariş üçün təxminən 192 ABŞ dollarına əlçatandır.

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, "Huawei Nova 2 Lite" smartfonu ikiqat kamera və arxa paneldə barmaq izləri skaneri ilə təchiz edilmiş çərçivəsiz dizayna malikdir. Smartfon "HD+" (720x1440 piksel) formatlı 5,99 düymlük ekran, 8 meqapiksellik ön kamera və 13+2 meqapiksellik əsas ikiqat kameraya malikdir.

Aparat "Qualcomm Snapdragon 430" səkkiznüvəli prosessoru, 3 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili fləş yaddaşla (microSD formatlı kartların köməyi ilə yaddaşı 256 QB-dək artırmaq mümkündür) təchiz edilib. Akkumulyatorun tutumu 3000 milliamper/saat təşkil edir. "4G LTE", "VoLTE", "Wi-Fi" (802.11 b/g/n), "Bluetooth" və "GPS" dəstəklənir. Smartfon "Android Oreo" əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL