Bu texnologiya nəhənginin nüfuzu bir il ərzində kəskin aşağı düşüb
“Harris Poll Reputation Quotient” tərəfindən 25800 nəfər arasında keçirilmiş sorğunun nəticəsinə istinadən "Röyters" agentliyi yazır ki, istehlakçılar arasında “Apple”ın nüfuzu kəskin aşağı düşüb.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ən yaxşı korporativ brendlər reytinqində “Apple” 29-cu pilləni tutub. Xatırladaq ki, adıçəkilən şirkət 2017-ci ildə 5-ci, 2016-cı ildə isə 2-ci yerə layiq görülmüşdü. “Amazon” artıq üçüncü il ardıcıl olaraq ilk pilləni tutur.
“Google” (28-ci yer, halbuki 2017-ci ildə 8-ci olub), “Coca-Cola” (27), “LG” (25), “Netflix” (21), “Microsoft” (11) və “Tesla” (3) şirkətləri, həmçinin “Apple”dan öndə olublar. Ən yaxşı nüfuza malik brendlərin reytinqinə, həmçinin “Samsung” (35), “Toyota” (42), “Facebook” (51), “Uber” (76) və “Takata” (100) daxil edilib.
“Harris Poll”un rəhbəri Con Qerzema “Apple” və “Google” şirkətlərinin nüfuzunun azalmasını istehlakçıları cəlb edən yeni məhsulların yoxluğu ilə izah edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL