Yaponiyada tıxac problemi qeyri-adi üsulla həll ediləcək
Yaponiya hökuməti nəqliyyat tıxacı problemlərinin həlli məqsədilə uçan taksilərin hazırlanmasına dəstək nümayiş etdirəcək. Bu barədə “NHK” telekanalının məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, məlumata görə, hökumət İqtisadiyyat Nazirliyinə şirkətlərə kömək etməyi, eləcə də müvafiq qanunvericiliyin hazırlanması ilə məşğul olmağı tapşırıb.
Ölkə nazirliyində belə qurğuların hazırlanması üzrə fəaliyyəti əlaqələndirəcək və təklif olunan texnologiyaları müzakirə edəcək Ekspertlər Şurasının yaradılacağı gözlənilir.
Qeyd edək ki, bundan əvvəl də uçan nəqliyyat vasitələrinin yaradılması üçün müxtəlif ölkələr tərəfindən səylər göstərilib. Məsələn, Yaponiyanın “Cartivator” şirkəti “Toyota Motor” avtomobil istehsalçısının iştirakı ilə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək uçan avtomobil prototipi yaratmaq niyyətindədir. Bundan başqa, ötən il Almaniyanın “Daimler” konserni elektrik ötürücüsünə malik uçan taksinin hazırlanması ilə məşğul olan “Volocopter” startapına 25 milyon avro məbləğində investisiya yatırıb.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL