İnformasiya təhlükəsizliyi bazarında 10%-lik artım qeydə alınıb
”Canalys” şirkətində işləyən analitiklərin məlumatına görə, 2017-ci ildə İT təhlükəsizliyin təmini üçün qlobal həllər bazarının həcmi 10% yüksələrək təxminən 31 milyard ABŞ dolları təşkil edib.
“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, kibertəhlükəsizlik üçün aparat və proqram təminatı informasiya təhlükəsizliyi bazarının ən böyük seqmenti olaraq qalır. 2017-ci ildə onların ümumi informasiya təhlükəsizliyi gəlirinə birgə töhfəsi 27 milyard dollar təşkil edib. Bulud təhlükəsizlik xidmətləri (“Security-as-a-Service”, “SaaS”) əlavə 4 milyard dollar gəlir gətirib.
“SaaS” seqmentinin həcmi o qədər böyük olmasa da, amma artım tempinə görə informasiya təhlükəsizliyi texnologiyaları bazarını 2 dəfə qabaqlayır. Analitiklərin qiymətləndirməsinə görə, ötən il bulud təhlükəsizlik xidmətlərinin satışından əldə olunan gəlir 21% yüksəlib ki, bu da müəssisələrdə “SaaS” həllərin daha aktiv tətbiqi nəticəsində mümkün olub.
Ekspertlərin proqnozuna görə, 2018-2019-cu illərdə bulud təhlükəsizlik xidmətləri bazarının artımı davam edəcək, çünki “SaaS” həllərin çeşidi və onların çatdırılması üsulları təkmilləşdirilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL