waplog

Simsiz diş sensoru qidanın kimyəvi tərkibini müəyyənləşdirəcək


Tafts Universitetində (ABŞ) çalışan mühəndislər qrupu tərəfindən hazırlanmış dişə bərkidilə bilən yığcam simsiz sensor qidanın kimyəvi tərkibini müəyyənləşdirmək qabiliyyətinə malikdir. Qurğunun enerji ilə doldurulması və məlumatların ötürülməsi üçün ona passiv antenna quraşdırılıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti nplus1.ru saytına istinadən yazır ki, qidanın istehlakının izlənilməsi onun orqanizmə təsirini araşdırmağa və hətta bəzi xəstəliklərə diaqnoz qoymağa imkan verir.
 
Mühəndislər sözügedən sensorun prototiplərini laboratoriya şəraitində sınaqdan keçiriblər: sınaqlar zamanı sensorlar distillə edilmiş su, etil spirti məhlulu daxil olmaqla, müxtəlif mayelərin içərisinə yerləşdirilib. Bundan başqa, sensorlar, həmçinin onları öz dişlərinə bərkitmiş könüllülər üzərində uğurla sınaqdan keçirilib.
 
Qeyd edək ki, belə sensorlar gələcəkdə tibb sahəsində tətbiq oluna bilər, amma hələ ki, sözügedən texnologiyanın bazara çıxarılma müddəti haqda məlumat verilmir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL