Uçuş zamanı formasını dəyişən kosmik aparat yaradılacaq
Çin Raket Texnologiyaları Akademiyası (CALT) uçuş vaxtı konfiqurasiyasını dəyişən aerokosmik uçuş aparatı hazırlamağa başlayıb. Bu barədə akademiyanın rəsmi saytında dərc edilən məlumatda deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, hava gəmisinin yaradılması üçün nümunə kimi arı bədənindən istifadə olunacaq. Onun bədən quruluşu həşərata uçuş vaxtı sərbəst əyilməklə hərəkət istiqamətinə nəzarət etməyə imkan verir.
Məlumata görə, uçuş aparatının modifikasiya – korpus konfiqurasiyasının dəyişməsi qabiliyyəti uçuşda müqaviməti və yanacaq sərfiyyatını azaltmağa imkan verəcək.
Mühəndis Xu Qotunun sözlərinə görə, kosmik uçuş zamanı uçuş aparatı iki dəfə Yer atmosferinin şərti sərhəddini iki dəfə keçir. “İkinçi keçid prosesində hava gəmisi müəyyən müddət ərzində inersiya ilə hərəkət edir. Formanın modifikasiyası nəticəsində müqavimətin azalması yanacağa qənaət üçün böyük əhəmiyyətə malikdir”, - alim əlavə edib.
Bildirilir ki, bu konsepsiya əsasında mütəxəssislər tərəfindən uçuşun müxtəlif mərhələlərində formasını dəyişən ön müqavimət sipəri hazırlanıb. İlkin sınaqlara görə, qeyd edilən innovasiya aerodinamik müqaviməti 20 faiz azaltmağa imkan verir ki, bu da öz növbəsində yanacaqdan istifadə effektivliyini artırır.
Mühəndis bildirib ki, belə müsbət nəticə təkcə aerokosmik sənayenin inkişafı üçün deyil, həm də gələcəkdə texnologiyanın kommersiya aerokosmik gəmilər bazarında yayılması üçün böyük əhəmiyyət kəsb edir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL