waplog

Kompüterlərin sürətləndirilməsi üçün yeni texnologiya hazırlanıb


İsrailin Yerusəlim Yəhudi Universitetinin alimləri kompüterlərin işləmə sürətini 100 dəfə artırmağa imkan verən texnologiya hazırlayıblar.  

“ICTnews” Elektron Xəbər Xidməti “Gazeta” resursuna istinadən yazır ki, texnologiya “MONOS” strukturu (metal-oksid-nitrid-oksid-silisium) üzərində nümayiş olunub.

Məlumata görə, “MONOS” strukturunun enerjini nazik silisium nitrid qatında saxlamağa imkan verməsi rezonans tezliyini dəyişir.

Bildirilir ki, hazırda foton qurğuları mikrosxemlər əsasında işləyir. Onlar mikrorezonatorlar adlanır. Lakin onların xüsusiyyətlərinin məhdud olması səbəbindən alimlər enerjidən asılı fləş-yaddaşı silisium foton sxemlərlə birləşdiriblər. Bunun sayəsində kompüterlərin işləmə sürətini 100 dəfə artırmaq üçün imkan yaranıb.

Yerusəlim Yəhudi Universitetinin tədqiqat qrupunun rəhbəri doktor Uriel Levi bildirib ki, ixtira məlumatların ötürülmə sürətini xeyli artıran yeni, daha güclü simsiz qurğular yaratmağa kömək edəcək. “Yüksək texnologiyalar dünyasında onlar böyük üstünlüyə malik olacaqlar”, - alim əlavə edib.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL