İnformasiya təhlükəsizliyi texnologiyaları üçün qlobal xərclər 91,4 milyard dollara çatacaq
“IDC” analitik şirkəti 2018-ci ildə dünyada informasiya təhlükəsizliyinin təmini üçün avadanlıq, proqram təminatı və servislər daxil olmaqla həllər üzrə xərclərin 10,2 faiz artaraq 91,4 milyard dollara çatacağını proqnozlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, mütəxəssislərin fikrincə, güclənən tənzimləyici yükün və kibertəhdidlərin sayının çoxalması şəraitində informasiya təhlükəsizliyi bazarında artım davam edəcək. 2021-ci ilədək müvafiq texnologiyalar üçün qlobal xərclərin 120,7 milyard dollara çatacağı gözlənilir. Bunu nəzərə alaraq 2016-2021-ci illərdə ortaillik artım göstəricisi (CAGR) 10 faiz təşkil edəcək.
Məlumata görə, informasiya təhlükəsizliyi həlləri üçün daha çox vəsaitlər sərf edəcək sahələr kimi cari ildə 27 milyard dollar xərcləyəcək bank sektoru, diskret istehsal və federal/mərkəzi hökumət qeyd olunur. Digər dörd sahə (prosesli istehsal, peşə xidmətləri sahəsi, istehlak sektoru və telekommunikasiyalar) informasiya təhlükəsizliyinə hər biri 5 milyard dollardan çox vəsait xərcləyəcək. Bununla yanaşı, informasiya təhlükəsizliyi texnologiyaları üçün ən yüksək xərclər tempi telekommunikasiya sahəsi, təhsil seqmenti, dövlət strukturları, bank sektoru və hasilat sənayesi tərəfindən proqnozlaşdırılır (CAGR göstəricisi 13,1-11,3 faiz).
İdarə olunan informasiya təhlükəsizliyi servisləri nəzərdən keçirilən bazarda ən böyük xərc kateqoriyaları olacaq. Analitiklərin qiymətləndirməsinə görə, 2018-ci ildə şirkətlər belə xidmətlərə təxminən 18 milyard dollar sərf edəcəklər. İkinci yerdə şəbəkə təhlükəsizliyinin təmini üçün avadanlıq qərarlaşıb. Siyahıda sonrakı yerdə son istifadəçilərin təhlükəsizliyinin təmini üçün inteqrasiya xidmətləri və proqram təminatı yer alıb.
Coğrafi baxımdan kibertəhlükəsizliyin təmini üçün aparıcı həllər bazarı bu il informasiya təhlükəsizliyi həlləri üçün xərclərin 38 milyard dollar təşkil edəcəyi ABŞ bazarı olacaq. Həmçinin, liderlər beşliyinə Böyük Britaniya (6,5 milyard dollar), Çin (6 milyard dollar), Yaponiya (5,1 milyard dollar) və Almaniya (4,6 milyard dollar) daxil olacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL