waplog

“Huawei P20 Pro” ən yaxşı kamerası olan smartfonların reytinqində liderdir


Kameraların peşəkar müqayisəsi ilə məşğul olan “DxOMark” adlı xidmətə malik “DxO Labs” şirkəti bu günlərdə təqdim edilmiş “Huawei P20 Pro” və “P20” smartfonlarının kamerasını sınaqdan keçirib. Nəticəyə görə, smartfonlar “DxOMark” reytinqində liderliyi ələ keçiriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, gözlənildiyi kimi, üçqat əsas kamera ilə təchiz edilmiş “P20 Pro” smartfonu reytinqin yeni lideridir. 109 bal toplamış sözügedən smartfon “Samsung Galaxy S9+”-un göstəricisini (99 bal) xeyli üstələyib. Ekspertlər bildiriblər ki, “Huawei”nin yeni smartfonu zəif işıqlanma şəraitində çəkiliş vaxtı rəqiblərini geridə qoyur, həmçinin avtofokusun işi və çəkilmiş şəkillərdəki səs-küyün aşağı səviyyəsi maraq doğurur. “DxOMark” xidmətinin nümayəndələrinin fikrincə, “P20 Pro” smartfonunun innovativ üçqat kamerası bazarda yeni oyun qaydaları qurmağa imkan verib.

Qeyd etmək lazımdır ki, ikiqat kamera ilə təchiz edilmiş “P20” modeli 102 bal toplayaraq, həmçinin “Samsung Galaxy S9+” cihazını üstələyib. Beləliklə, “Huawei”nin iki yeni modeli “DxOMark” testində 100 bal göstəricisini ötmüş tarixdə ilk smartfonlardır.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL