Alimlər hərəkətdə olan insan üzərində tətbiq edilə bilən beyin skaneri yaradıblar
Maqnitoensefaloqrafiya beynin elektrik aktivliyi vaxtı yaranan maqnit sahələrini yoxlamağa imkan verir. Bu metod real vaxt rejimində neyronların qarşılıqlı əlaqəsini qiymətləndirməyə imkan verir. Ancaq indiyədək yoxlama prosesinə ciddi məhdudiyyət qoyulurdu: pasiyent hərəkətsiz vəziyyətdə olmalıdır.
"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, britaniyalı fiziklərin yeni həlli nəticəsində maqnitoensefaloqrafiyanın tətbiq sahəsi xeyli genişlənib.
İndi portativ skanerin sayəsində pasiyent hər hansı hərəkətlə məşğul olduğu halda belə neyronların işini araşdırmaq mümkündür. Həmçinin azyaşlı uşaqların beyninin fəaliyyətini asanlıqla tədqiq etmək olar, halbuki stasionar skanerdə bunu etmək çətin idi.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL