2 il sonra ABŞ və Avropada fəaliyyət göstərən şirkətlərin əksəriyyəti biometrik autentifikasiya üsulundan istifadə edəcəklər
2020-ci ilədək Şimali Amerika və Avropada fəaliyyət göstərən şirkətlərin 86%-i biometrik autentifikasiya üsulunu tətbiq edəcək. “Spiceworks” İT şəbəkəsinin analitikləri keçirilmiş sorğunun nəticəsinə uyğun olaraq bu haqda informasiya verib. Araşdırmanın nəticəsinə görə şirkətlərin 62%-i artıq belə autentifikasiya üsulunu tətbiq ediblər, 24%-i isə yaxın 2 ildə belə üsuldan istifadə etməyə başlayacaqlar.
“ICTnews” Elektron Xəbər Xidməti safe.cnews.ru saytına istinadən yazır ki, sorğu iştirakçıları biometrik autentifikasiya metodunu loqin-parol, pin kodla müqayisədə daha təhlükəsiz üsul hesab edirlər.
Barmaq izlərinin skan edilməsi respondentlər arasında ən populyar biometrik autentifikasiya üsulu olub, şirkətlərin 57%-i bu üsuldan istifadə edirlər. Sifətin tanınması (14%), əlin geometriyası (5%), gözün qüzehi qişasının skaneri (3%), səsin tanınması və ovuc skaneri (2%) sonrakı yerləri bölüşdürürlər.
Rəyi soruşulanların əksəriyyəti bildirib ki, onların təşkilatı smartfonun köməyi ilə biometrik autentifikasiya üsulundan istifadə edir. Hər bir dördüncü şirkətdə istifadə edilən noutbuklarda belə sistemlər qurulub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL