waplog

Süni intellektin insanı əvəz edəcəyi vaxt bəlli olub


Süni intellekt sistemləri 10-15 il sonra insanı əvəz edəcək. Bu haqda Qabaqcıl Tədqiqatlar Fondunun informasiya araşdırmaları istiqamətinin direktoru Serqey Qarbuk “RİA” xəbər agentliyinə deyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, alimin fikrincə, artıq indi məsələlərin həllinin effektivliyi üzrə insandan geri qalmayan süni intellekt sistemləri (məsələn, sifətin və insan səsinin tanınması) yaradılıb.
 
Cari ilin martında məlumat verilmişdi ki, Almaniyada Passau Universitetində mürəkkəb intellektual sistemlər kafedrasının rəhbəri Born Şullerin fikrincə, süni intellekt 10 il sonra şer yaza biləcək.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL