waplog

“Intel” noutbuklar üçün “Core i9” adlı çox güclü 6 nüvəli prosessor təqdim edib


“Intel” şirkəti noutbuklar üçün nəzərdə tutulmuş “Core i9” prosessorunu anons edib. “Core i9-8950HK” qabaqcıl modeli "turbosürət" rejimində (standart takt tezliyi 2,9 QHs-dir) 4,8 QHs-dək sürətlənir, 6 hesablama nüvəsi və 12 axına malikdir. Sözügedən prosessorun hazırlanmasında 14 nanometrlik (14nm++) texnologiyadan istifadə ediləcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, məlumata görə, yeni çip 7-ci nəsil “Intel” prosessorları ilə müqayisədə 29% sürət artımı təmin edir. Oyunlarda “i9-8950HK” prosessorunun məhsuldarlığı 41%, 4K formatlı videonun montajında isə 59% yüksəkdir.
 
Şirkət “Core i9” prosessorundan  başqa noutbuklar üçün “i5” və “i7” prosessorunu təqdim edib. 8-ci nəsil “Kaby Lake R” çiplərindən fərqli olaraq bu modellər, həmçinin 14nm++ texnoloji proses üzrə “Coffee Lake” arxitekturasına əsaslanacaq.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL