“Samsung Galaxy S6” və “S6 edge” smartfonları üçün proqram təminatının yenilənməsi dayandırılıb
“Samsung” şirkəti qabaqcıl “Galaxy S6” və “S6 edge” smartfon modelləri üçün proqram təminatı və təhlükəsizlik sistemi yenilənmələri üçün dəstəyi dayandırıb. Bu barədə şirkətin rəsmi saytında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, Cənubi Koreya istehsalçısı smartfonlar üçün proqram təminatı yenilənmələrinin buraxılışını iki il, təhlükəsizlik sistemini isə 3 il ərzində dayandırır. 2015-ci ilin martında buraxılan “Galaxy S6” və “S6 edge” modellərinin təqdimat tarixindən 3 il ötüb.
Bildirilir ki, bundan əvvəl şirkət tərəfindən altıncı nəslə aid iki “S” smartfonu üçün “Android Oreo” əməliyyat sisteminin buraxılacağı ehtimal edilib.
Qeyd edək ki, “Galaxy S6 Edge+” və “S6 Active” smartfonlarının yenilənməsinin dəstəklənməsi davam etdirilir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL