waplog

“Panasonic Eluga Ray 550” smartfonu təqdim olunub


Yaponiyanın “Panasonic” şirkəti tərəflərinin nisbəti 18:9 təşkil edən ekrana malik ilk “Eluga Ray 550” smartfon modelini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, yeni smartfon 1,3 QHs takt tezlikli dördnüvəli “MediaTek MT6737H” prosessoru və “Android 7.0 Nougat” əməliyyat sistemi əsasında işləyir. Çipdə quraşdırılmış “Mali-T720” qrafik sürətləndiricisi yerləşdirilib.
 
Məlumata görə, operativ və quraşdırılmış yaddaşın həcmi müvafiq olaraq 3 və 32 giqabayt təşkil edir. Quraşdırılmış yaddaşı tutumu 128 giqabayta bərabər çıxarılabilən “microSD” yaddaş kartları ilə genişləndirmək mümkündür.
 
Qurğu iki – 13 meqapikselli əsas və 8 meqapikselli ön kamera ilə təchiz edilib. Hər iki kamera işıq diodlu işıqlandırıcıya malikdir.
 
5,7 düym diaqonallı ekran 1440 × 720 piksel (HD+) təsvir ölçüsü ilə xarakterizə edilir və kənarları əyri (2.5D effekti) qoruyucu şüşəyə malikdir. Akkumulyator batareyasının tutumu 3250 milliamper/saata bərabərdir.
 
 
Qurğunun qabaritləri 152,5 × 73,3 × 8,5 mm, çəkisi 152 qram təşkil edir. Arxa tərəfdə barmaq izi skaneri, SİM kartlar üçün iki çıxış və “4G VoLTE”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.1”, “GPS” və “GLONASS” simsiz rabitə modelləri quraşdırılıb.
 
“Panasonic Eluga Ray 550” modeli metal korpusda olmaqla qara, mavi və qızılı rəngdə buraxılacaq. Qiyməti 140 dollar təşkil edəcək smartfonun aprelin 5-dən etibarən satışa çıxarılması nəzərdə tutulur.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL