Süni intellekt ölümü proqnozlaşdıracaq
Rusiyanın Moskva Fizika və Texnologiya İnstitutunun alimlər qrupu “Gero” şirkətindən olan həmkarları ilə birlikdə insanın bioloji yaşını müəyyənləşdirərək onun mümkün ölümünü proqnozlaşdıran süni intellekt sistemi yaradıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, məlumata görə, süni intellekt insan sağlamlığının müxtəlif göstəricilərinə əsaslanaraq proqnozlar verir. İnformasiyanın toplanması fitnes-treker qurğusuna bənzər xüsusi cihaz vasitəsilə həyata keçirilir. Lakin yeni qurğu nəbz, təzyiq və qət edilən məsafə barədə məlumatlarla yanaşı, süni intellekt sistemi əsasında bioloji yaşı hesablayır. Qabaqcıl neyron şəbəkə insanın bütün daxili orqanlarının yaşını müəyyənləşdirir, funksional vəziyyəti öyrənir və onu lazımi yaş qrupunun göstəriciləri ilə müqayisə edir.
Layihə müəllifi Pyotr Fediçev bildirib: “Biz süni intellektin sınaqda iştirak edənlərin bioloji yaşını və mümkün ölüm vaxtını qiymətləndirməyə imkan verməsini sübut etməyə nail olduq. Düzgün nəticələr üçün tibbi analizlər tələb olunmur: bunun üçün treker tərəfindən insanın hərəkəti barədə qeydə alınan məlumatlar yetərlidir. Biz insan orqanizminin ümumi vəziyyətini qiymətləndirməyə və insan analiz verməmişdən əvvəl risk səviyyəsinin dəyişikliklərini izləməyə kömək edəcək rahat monitorinq aləti yaratmaq üçün bu texnologiyanın imkanlarından istifadə etdik. Pasport və bioloji yaş arasında fərq sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün siqnal olacaq. Yəni yeni qurğu yaxınlaşan ölümü proqnozlaşdırmaqla yanaşı, onu təxirə sala biləcək”.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL