waplog

“Gartner”: “Bu il qlobal kompüter qurğuları bazarında artım bərpa olunacaq”


“Gartner” şirkəti 2018-2019-cu illər üçün dünya kompüter qurğuları bazarı üzrə proqnoz verərək sahədə artımın bərpa olunacağını açıqlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, şirkətin statistikasında masaüstü sistemlərin, noutbuk, ultrabuk və planşetlərin, eləcə də smartfon, fablet və mobil telefonların tədarükü nəzərə alınıb.
 
Məlumata görə, 2017-ci ildə qeyd olunan kateqoriyalara aid qurğuların ümumi tədarük həcmi  2,26 milyard ədəd səviyyəsində olub. Müqayisə üçün qeyd edək ki, bir il əvvəl tədarük həcmi 2,33 milyard ədədə bərabər olub. Beləliklə, azalma təxminən 3 faiz təşkil edib.
 
Proqnozlara görə, bu il bazarın 1,3 faizlik artım nümayiş etdirməsi nəticəsində kompüter qurğularının tədarükü 2,29 milyard ədədə çatacaq. 2019-cu ildə bu göstəricinin 2,32 milyard ədədədək artacağı gözlənilir.
 
Analitiklərin fikrincə, ənənəvi fərdi kompüterlərə (masaüstü sistemlər və noutbuklar) tələbat azalmaqda davam edəcək. Belə qurğuların tədarükü bu il və 2019-cu ildə 2017-ci ildəki 204 milyon ədəddən 196 milyon və 189 milyon ədədədək azalacaq. Azalma bahalı sinfə aid ultrabukların satışının artması ilə kompensasiya ediləcək.
 
Bundan başqa, smartfon və mobil telefonlar seqmentində tədarük həcminin artacağı gözlənilir. 2018-ci ildə satış həcminin ötənilki 1,84 milyarda nisbətdə 1,87 milyardadək, 2019-cu ildə isə 1,89 milyardadək artacağı proqnozlaşdırılır.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL