waplog

Yaddaşı gücləndirən neyroimplantın sınaqları keçirilib


ABŞ alim və neyrobioloqları beyinin elektromaqnit aktivliyini qeydə alan, emal edən və canlandıran neyroimplant vasitəsilə qısamüddətli yaddaşı 35 faiz yaxşılaşdırmağın mümkünlüyünü sübut ediblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) tərəfindən maliyyələşdirilən tədqiqat təsviri elmi fantastika kimi səslənən texnologiyanın həyata keçirilmə imkanını sübut edib. Neyroimplant beyinin elektromaqnit aktivliyini tanıyır, yaddaşdan xatirələrin düzgün çıxarılması ilə müşayiət olunan nümunələri ayırır və onları canlandıraraq ayrı-ayrı neyron qruplarını zəif elektrik impulsları ilə stimullaşdırır.
 
Məlumata görə, aparılan tədqiqatda epilepsiya diaqnozlu və xəstəliklə əlaqədar qısamüddətli yaddaşını itirən 15 nəfər iştirak edib. Neyroimplant digər əməliyyat aparılan zaman onların beyninə daxil edilib. Hippokampa (limbik sistemin bir hissəsi olmaqla məlumatın saxlanılmasında böyük rol oynayır) yerləşdirilən implantlar eksperiment iştirakçılarının qısamüddətli yaddaşını orta hesabla 35 faiz yaxşılaşdırıb.
 
İş müəlliflərindən biri olan Robert Hempson bundan əvvəl heyvanlar üzərində uğurlu eksperimentlərin keçirilməsini bildirərək tədqiqatın insanlar üzərində bu dərəcədə effektiv alınmasından təəccübünü gizlətməyib.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL