waplog

Barmaq izi skaneri vasitəsilə internetdə avtorizə mümkün oldu


“FIDO Alliance” və “W3C” şirkətləri brauzer və internet resursunda barmaq izi skaneri, sifətin identifikasiyası texnologiyası və ya “USB” açar vasitəsilə autentifikasiyadan keçməyə imkan verən təhlükəsizlik sistemi təqdim ediblər.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, şirkətlərin nümayəndələrinin fikrincə, biometrik məlumatlara görə autentifikasiya istifadəçilərin həyatını asanlaşdıracaq. O, müxtəlif resurslar üçün parolları yadda saxlamaq zərurətini aradan qaldırmağa imkan verir. Bu, həmçinin təhlükəsizlik səviyyəsini artırır: cinayətkarlar parollardan fərqli olaraq istifadəçilərin biomterik məlumatlarını oğurlaya bilməyəcək.
 
Məlumata görə, artıq “Mozilla Firefox” brauzerində istifadəyə verilən funksiyadan bir neçə ay ərzində “Google Chrome” və “Microsoft Edge” brauzerlərində yararlanmaq mümkün olacaq. “Apple Safari” brauzeri tərəfindən potensial dəstək barədə məlumat verilmir.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL