Yeni çip insan qanının vəziyyətini izləyəcək
San-Dieqo Kaliforniya Universitetinin alimləri insan qanının vəziyyətini izləyəcək çip yaradıblar. İxtira alkoqoldan asılı insanlara nəzarət üçün istifadə oluna bilər. Bu barədə universitetin apardığı tədqiqatda deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, 0,85 х 1,5 mm qabaritli çipi adi şpris vasitəsilə dəri altına yerləşdirmək mümkün olacaq. Çipin daxilində kimyəvi reaksiyanın reaksiyasına görə qanda alkoqolun mövcudluğunu müəyyənləşdirməyə imkan verən alkoqoloksidaz fermenti var. Reaksiya qeydə alınan zaman çip xəstənin spirtli içki qəbul etməsini bildirən informasiyanı kompüterə göndərəcək.
Akkumulyatorun quraşdırılmadığı miniatür qurğu 970 nanovatt enerji sərf edir və daşınan qurğudan (məsələn, “ağıllı” saat) enerji toplayır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL