Mark Sukerberq dünyanın ən yaxşı gənc biznesmeni seçilib
“Facebook” sosial şəbəkəsinin yaradıcısı və banisi Mark Sukerberq “Fortune” jurnalının versiyasına əsasən dünyanın 40 ən yaxşı gənc biznesmeni siyahısına rəhbərlik edib.
"Fortune 40 under 40" reytinqi jurnal tərəfindən üçüncü il ardıcıl olaraq tərtib edilir . Nominatlar yalnız yaşı 40-dan aşağı biznesmenlər arasından seçilir.
2009-2010-cu illərdə Sukerberq siyahıda ikinci olub. 2009-cu ildə jurnal “Google” şirkətinin həmtəsisçiləri Larri Peyc və Serqey Brini birinci yerdə yerləşdirib, “Facebook”un 25 yaşlı rəhbəri isə reytinqin ən gənc iştirakçısı olub. 2010-cu ildə birinci yeri “Netscape” və digər şirkətlərin banisi Mark Andressen tutub. Bu il o, yaş məhdudiyyətinə görə reytinqə düşməyib, birinci yeri isə 27 yaşlı Mark Sukerberq tutub.
“Fortune” jurnalı onun nailiyyətlərini (Facebook auditoriyasının 800 milyon istifadəçiyə, sosial şəbəkə dəyərinin isə 50 milyard dollara kimi artması) qeyd edib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL