waplog

“Google”un süni intellekti səs-küylü kütlə içərisindən bir nəfərin səsini ayırd etməyi öyrənib


Bir qayda olaraq, insanlar səs-küylü bir kütlənin içərisindən həmsöhbətin səsini kifayət qədər yaxşı ayırd edə bilirlər. Lakin təəssüf ki, eyni sözləri kompüter barədə söyləmək olmaz. Ancaq "Google" şirkəti bu problemin aradan qaldırılması üçün yeni həll hazırlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti itc.ua saytına istinadən yazır ki, "Google" şirkətini təmsil edən alimlər qrupu tərəfindən hazırlanmış dərin təlim sistemi danışan şəxsin sifətini tanımaqla yanaşı, konkret səsləri ayırd etmək qabiliyyətinə malikdir.

Nəticədə, süni intellekt sistemi eyni anda bir neçə insan danışdıqda belə bir nəfərin səsini ayırd edə bilir.
Hazırda "Google" şirkəti öz məhsullarında bu funksiyadan istifadə etmək imkanını araşdırır.




Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL