waplog

“Nokia” şirkəti 71 milyon dəyərində zərərə məruz qalıb


“Nokia” şirkəti 2011-ci ilin üçüncü rübünün maliyyə hesabatını dərc edib. Optimist proqnozlara baxmayaraq, fin istehsalçısı zərərə məruz qalıb. İyul - sentyabr ayları ərzində korporasiya 71 milyon avro dəyərində zərərə məruz qalıb.

1 il əvvəl “Nokia” şirkətinin əməliyyat gəliri 403 milyon avro olub. Lakin, indiki nəticə ikinci rüb ilə müqayisədə daha yaxşıdır, belə ki, ikinci rübdə zərər 487 milyon təşkil edib.

Şirkət üçüncü rübdə 1 il əvvəl ilə müqayisədə 3% az mobil qurğu tədarük edib. İstehsal edilən smartfonların sayı 38% (27.1 milyondan 16,8 milyona qədər) azalıb. Rüblük nəticələrin elan edilməsindən sonra “Nokia” şirkəti aksiyalarının dəyəri 8% artıb.

Şirkətin icraçı direktoru Stiven Elop rüblük göstəricilərdən razıdır. Onun sözlərinə əsasən, “Nokia” öz inkişaf strategiyasını müvəffəqiyyətlə reallaşdırmağa davam edir. O, inkişaf edən ölkələrdə, məsələn, Hindistanda “Dual SİM” dəstəkli telefonların yüksək satışlarını xüsusilə qeyd edib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL