waplog

İsveçdə hərəkət edən elektrokarları enerji ilə dolduran dünyada ilk yol istifadəyə verilib


İsveçdə istifadəyə verilmiş yol onun üzərində hərəkət edən elektrokarları enerji ilə dolduracaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, hazırda Stokholm Arlanda aeroportuna gedən yolun kiçik bir hissəsi innovativ texnologiya ilə təchiz edilib. Uzunluğu 2 kilometr olan avtomobil yolunun bir hissəsi elektrik cərəyanını keçirən xüsusi relslərdən ibarətdir. Bu relslər nəqliyyat vasitəsinin altındakı konnektora bərkidilmiş xüsusi kontakt vasitəsilə elektrik mühərrikinin enerjisini doldurmağa imkan verir. Belə yol hissəsinə yaxınlaşan sürücü kabeli avtomobilə birləşdirə və hərəkət zamanı "yanacaq doldura" bilər.
 
Mütəxəssislərin iddiasına görə, belə texnologiya sayəsində İsveçdə elektrik avtomobillərinin populyarlığı xeyli artacaq. Layihə rəhbərlərinin fikrincə, İsveçin avtomagistralının yalnız 5%-ni elektrikləşdirməklə elektrik avtomobillərindən istifadə üçün əlverişli şərait yaratmaq mümkün olacaq.
 
2030-cu ilədək İsveç karbohidrogen yanacağının istifadəsindən tamamilə imtina etmək niyyətindədir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL