waplog

Bu cihaz ən yaxşı smartfonlar reytinqində birinci olub


“Consumer Reports” saytı bazarda mövcud olan ən yaxşı smartfonların siyahısını dərc edib. “Galaxy S9” smartfonu qalib gəlib.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, smartfonlar aşağıdakı qaydada yerləşib: Cənubi Koreyanın “Samsung Galaxy S9” və “Galaxy S9+” aparatları 81 bal toplayaraq ilk pilləni tutublar. Növbəti yerlərdə şirkətin “Galaxy S8”, “Galaxy S8 Active” və “Galaxy S8 Plus” smartfonları yerləşib.

“Apple” şirkətinin smartfonları ilk beşliyə düşə bilməyib. “iPhone 8 Plus” və “iPhone 8” cihazları müvafiq olaraq 6 və 7-ci, “iPhone X” isə 8-ci yeri tutub.

“Galaxy S9” aparatı bir sıra vacib xüsusiyyətləri sayəsində lider olub. Smartfon "dözümlülük" sınağında 100 dəfə yerə düşməyə tab gətirib. Həmçinin qurğu stereodinamiklərin daha yaxşı səslənməsi və qulaqlıqlar üçün 3,5 mm-lik konnektorun mövcudluğuna görə rəğbət qazanıb.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL