Ölkəmiz sürətli poçt rabitəsi xidmətləri üzrə beynəlxalq mükafata layiq görüldü
İsveçrənin paytaxtı Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqında (ÜPİ) "EMS Kooperativinin 21-ci Ümumi Assambleyası" keçirilib.
Azərbaycan da daxil olmaqla EMS (sürətli poçt rabitəsi xidmətləri) Kooperativinə üzv olan Avropa ölkələri mərasimdə iştirak ediblər.
Assambleyada Poçt ittifaqlarının mütəxəssisləri tərəfindən təqdimat və hesabatlar təqdim olunub.
Toplantıda sahə üzrə 2017-ci il üçün statistik müqayisələr aparılıb, mühazirələr oxunub və növbəti illərdə daha yaxşı nəticə göstərmək üçün müzakirələr aparılıb.
Assambleyada "Azərekspresspoçt" Rabitə Müəssisəsi "Müştəri məmnuniyyəti – 2017" mükafatına layiq görülüb.
Qeyd edək ki, sürətli poçt rabitəsi xidmətləri üzrə "Müştəri məmnuniyyəti" mükafatı EMS Kooperativi üzvləri arasında ən yaxşı sorğu mərkəzlərinə təqdim olunur.
Azərbaycan bu mükafata ÜPİ-nin EMS Kooperativinin 182 üzvü arasında göstərdiyi ən yaxşı nəticələrə görə nail olub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL