“TESS” teleskopu kosmosa buraxılıb
ABŞ Kosmik Agentliyi (NASA) Kanaveral kosmodromundan "SpaceX Falcon 9" raketdaşıyıcısı vasitəsilə "TESS" (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopunun uğurlu buraxılışını həyata keçirib.
"ICTnews" Elektron Xəbər Xidməti "Popmech" resursuna istinadən yazır ki, yeni teleskop ekzoplanetlərin axtarışı ilə məşğul olacaq.
Məlumata görə, Günəş sistemindən kənarda 2 mindən çox planet aşkar edən əvvəlki "Kepler" teleskopunun istismar müddəti sona yaxınlaşır. "NASA" teleskopun yanacağının tükənməsi və onunla tezliklə əlaqənin kəsiləcəyi barədə məlumat verib.
"TESS" teleskopu "Kepler" kimi, ekzoplanetlərin axtarışında tranzit fotometriya metodundan istifadə edəcək. Bununla belə, agentlik nümayəndələri qeyd edir ki, yeni teleskop daha güclü kameralarla təchiz edilib və daha parlaq ulduzları tədqiq edə biləcək. Aparatın ikiillik missiyası çərçivəsində ümumilikdə 200 mindən çox ulduzun öyrənilməsi (o, tranzit hadisələrini - planetin ulduz dairəsinin qarşısından keçməsini və onun parlaqlığının azalmasını izləyəcək) nəzərdə tutulur. Bununla yanaşı, "TESS" teleskopunun əhatə dairəsi "Kepler"in əhatə dairəsini 400 dəfə üstələyən sahəni əhatə edəcək.
"Falcon 9" raketdaşıyıcısı "TESS" teleskopunu uğurla yüksək elliptik orbitə çıxarıb. Raketdaşıyıcısının ilk pilləsi raketdən ayrıldıqdan sonra Atlantik okeanda "Of Course I Still Love You" üzən platformasına uğurlu eniş edib.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL