waplog

“Honor” brendinə məxsus qabaqcıl smartfon və ultrabuk təqdim edilib


“Huawei” şirkəti “Honor” brendinə məxsus iki yeni qurğusunu (qabaqcıl smartfon və ultrabuk) təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, rəngini yaşıldan bənövşəyiyə dəyişən şüşə korpusla təchiz edilmiş smartfon “Full HD” təsvir ölçülü 5,84 düymlük maye kristal ekran, süni intellekt funksiyaları ilə "sürətləndirilmiş" “Kirin 970” prosessoru ilə təchiz edilib. “Huawei Mate 10 Pro”, “P20” və “View 10” smartfonlarında da eyni prosessor quraşdırılıb.

“USB Type-C” portu və qulaqlıqlar üçün audiokonnektor nəzərdə tutulub. Foto və videoçəkiliş üçün 16 və 24 meqapiksellik obyektivlər, “selfi” üçün isə 24 meqapiksellik kamera var.

“Huawei” şirkəti smartfonla birgə “Honor” seriyasına məxsus 14 düymlük noutbuk da təqdim edib. “MagicBook” adlı noutbukun korpusunun qalınlığı 15,8 mm, çəkisi 1,5 kq-dır. “IPS” matrisdən ibarət tutqun panel 1080p təsvir ölçüsünə malikdir.

Yeni ultrabuk 8-ci nəsil “Intel” prosessorları (“i5-8250u” və ya “i7-8550u”), 8 QB-lıq əməli yaddaş, 256 QB-lıq SSD daşıyıcı və 2 QB-lıq “GDDR5” videoyaddaşa malik “Nvidia MX150” qrafik kartı ilə təchiz edilib. Cihaz 12 saat avtonom işləmə müddətinə malikdir.

“MagicBook” ultrabuku “USB-C” portu ilə 1 saat ərzində 0-dan 70%-dək enerji toplayır. Qurğunun kənarında yerləşdirilmiş barmaq izləri skanerinin köməyi ilə 0,9 saniyə ərzində onu blokdan çıxartmaq mümkündür. “Huawei” şirkətinin rəsmisi bildirib ki, sistem 7,6 saniyə ərzində yüklənir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL