Göydələnlərin inşası üçün platforma yaradılıb
Çin mühəndisləri işçilərə hündürmərtəbəli binalar tikməyə kömək edən divardan asılan platforma yaradıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, “Dırmaşan div” adlanan inşaat qurğusunun çəkisi 2 min ton təşkil edir və on iki hidravlik domkrat vasitəsilə binanın növbəti mərtəbəsinin tikintisi sona çatdıqca hündürlüyə qalxan platforma şəklindədir. Qurğu 2 min ton ağırlığa dözümlüdür, eləcə də 500 metr hündürlükdə və qasırğa zamanı da sabit işləyir.
Məlumata görə, modernləşdirilmiş avadanlıq tikinti prosesini 20 faiz sürətləndirir. Hazırda qurğu Uxan şəhərində göydələnlərin inşası üçün istifadə olunur. 119 mərtəbəli binanın tikintisini bu ilin sonuna başa çatdırmaq nəzərdə tutulur.
Qeyd edək ki, ötən il dünyada inşa edilən hündürmərtəbəli binaların yarısı Çində tikilib və ölkə urbanizasiya sürətini artırmağı planlaşdırır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL