SİM-kartlardan qızıl hasil ediləcək
ABŞ-ın “Sandia National Laboratories” laboratoriyasının əməkdaşları elektron komponentlərdən ekoloji təmiz qızıl hasil etmək üçün metod hazırlayıblar. Yeni üsul mobil telefon SİM-kartlarından qiymətli metal əldə etməyə imkan verir.
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, belə ki, istifadəçi SİM-kartlarının kontaktlarını örtən sarı rəngli metal əslində aşağı əyyarlı qızıldır. Hər gün dünyada istehsal olunan çoxsaylı SİM-kartlardan söhbət gedəndə yetərincə böyük həcmdə qızıl nəzərdə tutulur.
Bildirilir ki, SİM-kartları çölə atmaq lazım deyil – qızıl və digər qiymətli metalların hasilatı üçün elektron komponentlərin emalı müasir dünya şəraitində perspektivli biznes hesab olunur.
Laboratoriya alimləri SİM-kartlardan ekoloji vəziyyəti korlamadan qızıl əldə etməyin üsulunu kəşf ediblər. Məsələ ondadır ki, elektron tullantıların ənənəvi emal metodları, məsələn, civənin tətbiqini nəzərdə tutur ki, bu da təhlükəlidir. Lakin Deyl Huberin rəhbərlik etdiyi kimyaçıların yeni metodu ultrasəsli dalğalar vasitəsilə SİM-kartlardan qızıl hasil etməyə imkan verəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL