waplog

“Xiaomi Mi 6X” smartfonu rəsmən təqdim edilib


“Xiaomi” şirkəti bu gün Çində “Xiaomi Mi 6X” smartfonunu rəsmən təqdim edib. Bu, çərçivəsiz dizayn və ikiqat kameraya malik orta səviyyəli qabaqcıl modeldir.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, əsas kamera 12 meqapiksellik “Sony IMX486” sensoru, həmçinin 20 meqapiksellik “Sony IMX376” köməkçi sensorundan ibarət modula malikdir. Portret və səhnə tipinin müəyyənləşdirilməsi üçün süni intellektin funksiyaları nəzərdə tutulub.  20 meqapiksellik “Sony IMX376” “selfi” kamerası, həmçinin işıq diodu işıqlandırıcısına və süni intellekt funksiyalarına malikdir.

Metal korpusa salınmış smartfonun arxa panelində barmaq izləri skaneri quraşdırılıb. “Xiaomi Mi 6x” smartfonu “Full HD+” (2160x1080 piksel) təsvir ölçülü 5,99 düym diaqonallı ekran, 8 nüvəli “Qualcomm Snapdragon 660” prosessoru, 4/6 QB-lıq əməli yaddaş və 64/128 QB-lıq daxili yaddaşla təchiz edilib. 3010 milliamper/saat tutumunda akkumulyator batareyası sürətli enerjidoldurma imkanına malikdir.

2 ədəd SİM kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 ac), “Bluetooth 5 LE”, “GPS + QLONASS” dəstəklənir, “USB Type-C” portu mövcuddur. Smartfon “MIUI 9” interfeysli “Android 8.1 Oreo” versiyasının idarəetməsi altında işləyir. Aparatın ölçüləri 158,8x75,54x7,3 mm, çəkisi 166 qram təşkil edir.

Smartfon qırmızı, çəhrayı, qızılı, göy və qara rənglərdə əlçatan olacaq. Qiymətlər aşağıdakı kimidir: 4+64 QB-lıq modelin qiyməti 253 dollar, 6+64 QB-lıq modelin qiyməti 285 dollar, 6+128 QB-lıq modelin qiyməti isə 316 dollar təşkil edir. Yemo model 27 aprel 2018-ci il tarixində satışa çıxarılacaq.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL