waplog

Dünyanın ən böyük smartfon bazarında kəskin azalma qeydə alınıb


Çinin smartfon bazarının həcmi cari ilin birinci rübündə xeyli azalıb. “Counterpoint Research” analitiklərinin məlumatına görə, “Xiaomi” və “Apple” şirkətlərində isə artım qeydə alınıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2018-ci ilin yanvar-mart aylarında Çin bazarına 100 milyondan az smartfon tədarük edilib. Rüblük hesablama üzrə tədarüklərin həcmi 21%,  illik hesablama üzrə isə  8% azalıb. İndiyədək heç vaxt belə kəskin azalma qeydə alınmamışdı.
 
“Huawei”nin smartfonları əvvəlki kimi Çində çox populyardırlar.  2018-ci ilin birinci rübündə sözügedən şirkətin bazar payı 22% təşkil edib. Müvafiq olaraq 18% və 16% göstəricilərə malik “Oppo” və “Vivo” şirkətləri liderlər üçlüyünə daxil olublar.
 
Dördüncü yeri tutmuş “Apple” korporasiyası Çində “iPhone” smartfonlarının satışını 32% artırıb, “Xiaomi” şirkətində bu göstərici 51% təşkil edib.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL