waplog

“XXI əsr” Təhsil kompleksinin şagirdləri “İKT-də qızlar” gününü “Azərkosmos”da qeyd etdilər


Bütün dünya ictimaiyyəti aprelin sonuncu həftəsinin dördüncü günü "İKT-də qızlar" günü kimi qeyd edir. "İKT-də qızlar" günü Birləşmiş Millətlər Təşkilatının  İKT üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən 2010-cu ildə  təsis edilib. "Üfüqləri genişləndirək, yanaşmaları dəyişək" mövzusu ilə keçirilən bu beynəlxalq gün ənənəvi olaraq Azərbaycanda da  geniş qeyd olunur.

Bu əlamətdar gün münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə qadınların İKT sahəsində rolunun artırılmasına dəstək məqsədilə "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə "XXI əsr" Təhsil kompleksinin yuxarı siniflərinin qız şagirdlərinin ekskursiyası təşkil olunub.

Səfər müddətində şagirdlərə Azərbaycanda kosmik sənayenin yaranması, ölkənin milli peyk operatoru olan "Azərkosmos" ASC-nin fəaliyyəti, operatorun idarəçiliyində olan "Azerspace-1" telekommunikasiya peyki və "Azersky" – Yer səthinin məsafədən müşahidə peyki, eləcə də, Azərbaycanın növbəti peyk layihəsi olan Azerspace-2 barədə ətraflı məlumat verilib. Mərkəzin ərazisində gəzinti zamanı qonaqlara burada olan yerüstü sistemlərlə də bağlı geniş məlumat  verilib ki, bu da iştirakçıların böyük marağına səbəb olub.
Görüşdə, həmçinin, İKT sahəsində məktəbli qızların iştirak səviyyəsinin yüksəldilməsi, gələcək karyera seçimi üçün onların kosmik sahəyə cəlb olunmasından bəhs olunub.

Səfərin sonunda şagirdlərlə xatirə şəkli çəkilib.









NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL