Yeni autentifikasiya standartı hakerlərin işini son dərəcə çətinləşdirəcək
“WebAuthn” standartı USB-açar, mobil qurğu və ya biometrik məlumatlar vasitəsilə autentifikasiyadan keçməyə imkan verir.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “Web Authentication” (“WebAuthn”) standartı üzərində işlərə 2015-ci ildə start verilib. İlk öncə bu standart USB-açarların köməyi ilə autentifikasiyadan keçmək üçün düşünülmüşdü. “WebAuthn” standartının son versiyası daha geniş imkanlar təqdim edir. İndi biometrik göstəricilər (məsələn, gözün qüzehi qişasının skanı və ya barmaq izi) vasitəsilə autentifikasiyadan keçmək mümkündür.
Cari ilin aprelində internet üçün vahid prinsip və standartların hazırlanması ilə məşğul olan “Ümumdünya Hörümçək Toru (W3C)” Konsorsiumu “WebAuthn” standartına “Candidate Recommendation” statusu təyin edib və veb tərtibatçılara bu standartı yoxlamaq təklifi edib. Artıq “Google”, “Microsoft” və “Mozilla” şirkətləri “WebAuthn” standartına öz dəstəyini ifadə ediblər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL