Çərçivəsiz “Oppo A3” smartfonu təqdim edilib
Çinin “Oppo” şirkəti yeni “Oppo A3” smartfonunu təqdim edib. Bu, indi dəbdə olan çərçivəsiz dizaynda işlənmiş orta səviyyəli modeldir.
“ICTnews” Elektron Xəbər Xidməti ferra.ru saytına istinadən yazır ki, “Oppo A3” smartfonu “Full HD+” (2280x1080 piksel) təsvir ölçüsünə malik və tərəflər nisbəti 19:9 olan 6,23 düymlük ekran, 16 meqapiksellik əsas kamera və 8 meqapiksellik ön kameralarla təchiz edilib. Aparatda barmaq izləri skaneri quraşdırılmayıb. İstifadəçinin sifətinin tanınması ilə smartfonu blokdan çıxartmaq olar.
Bundan başqa, yeni aparat 8 nüvəli “MediaTek Helio P60” prosessoru, 4 QB-lıq əməli yaddaş və 128 QB-lıq daxili fləş yaddaşla təchiz edilib. Akkumulyator batareyasının tutumu 3400 milliamper/saat təşkil edir. 2 SIM kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 ac), “Bluetooth 4.2”, “GPS” dəstəklənir. Cihazın ölçüləri 156x75,3x7,8 mm, çəkisi 159 qramdır. Smartfon “Android 8.1 Oreo” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL