Alimlər çoxdəfəli plastik hazırlayıblar
Alimlər tərəfindən hazırlanmış yeni plastik növünü dəfələrlə yenidən emal etmək mümkündür. Bu kəşf ekologiya üçün böyük əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, adi plastikdən təkrar istifadə mümkün deyil, çünki onun xüsusiyyətləri dəyişilməyə başlayır və keyfiyyəti azalır.
“ICTnews” Elektron Xəbər Xidməti naukatv.ru saytına istinadən yazır ki, Kolorado universitetinin alimləri artıq çoxdəfəli plastikə ehtiyac olduğunu bildiriblər. Onlar tərəfindən hazırlanmış kimyəvi emal metodu plastiki tərkib hissələrinə parçalayır. İki katalizator polimeri tərkibi monomerlərə ayıra bilər ki, sonuncunu təmizlədikdən sonra yenidən keyfiyyətli plastik əldə etmək olar.
Birminhem universitetinin alimi Endrü Dov bildirib ki, belə kəşflər ona gətirib çıxara bilər ki, plastmas tullantı deyil, təkrar istehsal üçün qiymətli xammal hesab ediləcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL