“Facebook” qurğusu elektron məktubları dəri vasitəsilə oxumağa imkan verəcək
“Facebook” şirkəti istifadəçilərə elektron məktubları və mətnli bildirişləri dəri vasitəsilə oxumağa imkan verən qurğu hazırlayıb. Yeni texnologiyanın smartfon aludəçiliyinin qarşısını alacağı, eləcə də eşitmə və görmə pozğunluğu olan insanlara kömək edəcəyi bildirilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, yeni sistem insanlara telefonu cibdən çıxarmadan yazışmağa imkan verəcək. İstifadəçinin əlinə bərkidilən qurğu siqnalın işarə sisteminə transformasiyası üçün xüsusi ötürücülərdən istifadə edir. Siqnallar dəridə fonemləri (səsləri) kodlaşdıran vibrasiya kimi hiss olunur. Siqnallar sistemi Brayl şriftinin toxunma hissi səviyyəsini xatırladır. Bu, qurğunu bütün dillər üçün tətbiq etməyə və ondan istifadəni asanlıqla öyrənməyə imkan verir. Mütəxəssislərin sözlərinə görə, qurğunun sınaq iştirakçıları yarım saat təlimdən sonra 3 dəqiqəyə 4 fonem və 100 söz öyrənə biliblər.
Qurğunun prototipi “Facebook” nümayəndələri tərəfindən Kanadada keçirilən konfransda nümayiş olunub. Ekspertlər qeyd edib ki, smartfon istifadəçilərinin qurğuları gün ərzində orta hesabla 47 dəfə yoxlamasına görə qurğulardan asılılığın azaldılması üçün yeni üsulların kəşfinə ehtiyac duyulur.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL