waplog

Çin şirkətləri əməkdaşların beyin impulslarını və emosiyalarını izləyir


İndi çinlilər müxtəlif müəssisə əməkdaşlarının emosiyalarını anlamaq üçün onların beyin impulslarını izləyir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, çinlilər izləmənin nəticəsindən işdə vaxtında fasilə vermək, əməkdaşların vəzifələrini vaxtında dəyişdirmək və hətta işçilər arasında istirahət günlərini təyin etmək üçün istifadə edirlər. Bu, müəssisənin səmərəliyini yüksəltmək üçün lazımdır. Çin şirkətlərindən biri iddia edir ki, onlar sözügedən texnologiyadan istifadə etdikdən sonra müəssisənin gəliri 315 milyon dollar yüksəlib.

Beyin impulslarının izlənməsi işçi geyimin bir hissəsi olan baş geyimə quraşdırılmış datçiklərin köməyi ilə həyata keçirilir. Texnologiya yalnız istehsalata aid müəssisələrdə deyil, həm də hərbi strukturlarda istifadə olunur. Datçik və süni intellekt insanın qəzəbli, həyəcanlı və ya kədərli olmasını müəyyənləşdirir. Bu, iş yerində müxtəlif hadisələrin qarşısını almağa kömək edir.

Bu layihə ilk öncə Ninbo Universitetində işlənib hazırlanıb və dövlət yardımı ilə işləyib. Hazırda ondan çox müəssisə və hərbi struktur emosiyaların izlənməsi texnologiyasından istifadə edir və proqrama nəzarət edən Çen Szinçjounun sözlərinə görə, bu layihənin müsbət təsirinə dair heç bir şübhə yoxdur.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL