Boyanmış linzalar rəngləri fərqləndirməyə kömək edəcək
Böyük Britaniyanın Birmingem Universitetinin tədqiqatçıları rəng korluğundan əziyyət çəkən insanlara kömək edəcək kontakt linzaları hazırlayıb. Yeni texnologiya ucuz boyaq maddəsinin tətbiqinə əsaslanır.
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, daltonizm və ya rəng korluğu irsi genetik görmə xəstəliyidir. Belə xəstələr müəyyən rəngləri fərqləndirməkdə çətinlik çəkirlər. Daltonizmin müalicəsi mövcud olmasa da, rənglərin qavranışının artırılması üçün çoxlu üsullardan istifadə olunur. Lakin satışda filtrli rəngli eynəklər kimi mövcud cihazlar çox baha və böyükdür, eləcə də görmənin korreksiyası üçün adi eynəklərə uyğun deyillər.
Məlumata görə, yeni texnologiya qırmızı-yaşıl görmə pozğunluğu olan insanlara kömək edəcək. Tədqiqat müəllifləri elastik kontakt linzanı toksik olmayan rodamin törəməsi ilə boyayıblar. Boyaq maddəsi optik spektrdə müəyyən rəng dalğalarını udmaq qabiliyyətinə malik olmasına görə seçilib. O, qırmızı və yaşıl uzun dalğalar arasında rəng spektri sahəsini bloklayır ki, bu da qırmızı və yaşıl rənglər arasında kontrastı gücləndirməyə imkan verir.
Testin nəticələri təsdiq edib ki, boyanmış linzalar daltoniklər tərəfindən rəng qavranmasını yaxşılaşdırır. Mütəxəssislər qeyd edir ki, kontakt linzaları rəng korluğunun korreksiyası üçün maraq doğurur. Linzanın boyaq maddəsi ilə emalı üçün çətin hazırlıq işləri görülmür, linza toksik deyil, yeni metodu isə həm kontakt linzalarına, həm də adi eynəklərə tətbiq etmək mümkündür.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL